Monitorinq olacaq

monitorinq-olacaq
Oxunma sayı: 628

Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək.

Qafqazinfo”nun Müdafiə Nazirliyinə istinadən məlumatına görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 16-da Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığından keçən Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Piter Şvedberq keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov keçirəcəklər.