Minsk qrupunun fransalı həmsədri dəyişdi - Olland sərəncam verdi

minsk-qrupunun-fransali-hemsedri-deyisdi
Oxunma sayı: 1279

ATƏT-in Minsk qrupunun fransalı həmsədri dəyişib.

Qafqazinfo” xəbər verir ki, prezident Fransua Ollandın sərəncamı ilə bundan sonra həmsədrlik vəzifəsinin icrasını diplomat Stefan Viskonti həyata keçirəcək.

Viskonti bu yaxınlarda Fransanın Latviyadakı səfiri postunu tərk edib. Daha əvvəl bu ölkənin Sank-Peterburqdakı baş konsulu olub. 1962-ci ildə Parisdə doğulan Viskonti rus, alman, ingilis, italyan dillərində sərbəst danışır. 

Qeyd edək ki, əvvəlki həmsədr Pyer Andryu bu vəzifəyə 2014-cü ildə təyin olunmuşdu.