“Mən ya işdəyəm, ya da yataqda...” - Erməni baş nazir

men-ya-isdeyem-ya-da-yataqda
Oxunma sayı: 1684

“Yeni hökumətə mən öz dostlarımı və yaxınlarımı istisnasız olaraq daxil etmirəm”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Karen Karapetyan keçirdiyi mətbuat konfransında deyib:

“Məsələn, mən Yerevanın meri olanda özümlə bir neçə nəfər gətirmişdim. Məgər məntiqli deyil? Əgər yaxınlıqdan bəhs edirsinizsə, bunu necə başa düşməyinizə bağlıdır. Biz birgə çox yaxşı işləyirik, lakin iş başa çatanda - axşam saat 6-dan, və ya 10-dan sonra bir yerdə araq içmirik, restorana da getmirik.

Hökumət başçısı vəzifəsində işləmək şəxsi maraqlara vaxt saxlamır. Təəssüf ki, bu, şəxsi maraqların olmadığı həyatdır. Buna görə də mənim indi iki rejimim var. Mən ya işdəyəm, ya da yataqda”.