Məmmədyarov Kvirikaşviliylə görüşüb

memmedyarov-kvirikasviliyle-gorusub
Oxunma sayı: 636

Gürcüstanda rəsmi səfərdə olan Xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə Cənub Qaz Dəhlizinin mühüm strateji xarakter daşıdığı qeyd olunub, bu istiqamətdə həyata keçirilən regional layihələrin əhəmiyyəti, eləcə də tərəflər arasında mövcud olan fəal əməkdaşlıq xüsusi vurğulanıb.

G. Kvirikaşvili Bakı-Tbilisi-Qars dəmir yol xəttinin Gürcüstan hissəsinin inşasının gedişatı barədə məlumat verərək, layihənin vaxtında başa çatdırılacağına ümidvar olduğunu bildirib.

Nazir Elmar Məmmədyarov Azərbaycanla Gürcüstan arasında əlaqələrin strateji xarakter daşıdığını və bu münasibətlərin yüksələn xətt üzrə getdiyini qeyd edib.