Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb

memmedyarov-ai-nin-xususi-numayendesi-ile-gorusub
Oxunma sayı: 633

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə görüşüb.

XİN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin perspektivləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı fikir mübadiləsi aparılıb. 

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin mövcud vəziyyəti barədə həmsöhbətinə məlumat verib. O, Ermənistanın destruktiv siyasət yürüdərək substantiv danışıqlardan yayındığını, Azərbaycanın işğal olunmuş ərazilərində hərbi quruculuğunu möhkəmləndirdiyini, bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişdirdiyini və nəticə etibarilə status kvonu saxlamağa çalışdığını diqqətə çatdırıb.

Herbert Salber ətraflı məlumata görə təşəkkürünü ifadə edib və Avropa İttifaqının dəstəyi ilə münaqişənin həllinə töhfə vermək məqsədi daşıyan ictimai layihələr barədə məlumat verib.