Martirosyanın anasını İrəvanda maşın vurdu

martirosyanin-anasini-irevanda-masin-vurdu
Oxunma sayı: 1766

Azərbaycana sığınan erməni Vahan Martirosyanın anasını İrəvanda maşın vurub.

“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, qəza nəticəsində bud sümüyü sınan qadın “Erebuni” xəstəxanasına yerləşdirilib.

Cülyetta Virabyan İrəvanda yolu keçmək istəyərkən vurulub. Vahan Martirosyan anasının əməliyyat olacağını ehtimal edir. Bir müddət əvvəl Cülyetta Virabyanin oğlu Martirosyan Ermənistan hakimiyyətinin təziqlərindən canını qurtarmaq üçün Azərbaycana qaçıb.

Martirosyan Ermənistan “Milli Azadlıq Hərəkatı”nın rəhbəridir. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qaldığını bildirir. V.Martirosyan Azərbaycana həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə gəlib.