Marneulidə toyda kütləvi zəhərlənmə - 150 nəfər xəstəxanalıq oldu

marneulide-toyda-kutlevi-zeherlenme
Oxunma sayı: 1444

Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində restoranlardan birində kütləvi zəhərlənmə qeydə alınıb.

Qafqazinfo” gürcü KİV-ə istinadən xəbər verir ki, toy mərasimində 150 nəfər, o cümlədən 28 uşaq zəhərlənib. Zəhərlənənlər Marneuli xəstəxanasına çatdırılıblar. Həkimin sözlərinə görə, onlarda başgicəllənmə və qusma halı qeydə alınıb. Hazırda xəstələrin vəziyyəti stabildir.

DİN faktla bağlı araşdırmaya başlayıb. Ötən gecə tibb müəssisəsini Gürcüstanın baş naziri də ziyarət edib.