“Lənkəran guidebook”un təqdimatı olub

lenkeran-guidebookun-teqdimati-olub
Oxunma sayı: 702

İlk dəfə olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turiizm Nazirliyinin dəstəyi ilə Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən Lənkəranın bələdçi kitabı hazırlanıb.

"Qafqazinfo" xəbər verir ki, kitab üç dildə: azərbaycan, rus və ingilis dillərində nəfis şəkildə nəşr olunub. Kitabın ərsəyə gəlməsində əsas məqsəd Azərbaycana və Lənkərana gələn turistlərə Lənkəranın turizm potensialı, mehmanxanaları, istirahət mərkəzləri, muzey və mədəniyyət ocaqları haqqında zəruri məlumatlar verməkdir. Eyni zamanda ilk dəfə olaraq Lənkəranın turizm potensialını əks etdirən HD formatında videoçarx və bələdçi xəritəsi hazırlanıb.

Bununla əlaqədar olaraq 13 yanvar 2017-ci il tarixində Lənkəran Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH və Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə təqdimat tədbiri təşkil olunub. Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin foyesində Lənkəranın turiizm potensialını əks etdirən fotosərgi və sənətkarlıq sərgisi gələn qonaqlara təqdim olunub. Tədbirin giriş hissəsini Lənkəran TİM-in direktoru İlqar Əzimov açaraq son dövrlərdə respublikamızda turizm sahəsinin inkişafı üçün görülən işlər barədə məlumat verib.

Sonda Lənkəran bələdçi kitabının elektron variantının monitor vasitəsi ilə təqdimatı olub