Lavrovdan Türkiyəyə sərt ittihamlar - “İŞİD-in tərəfindəsiz”

lavrovdan-turkiyeye-sert-ittihamlar-
Oxunma sayı: 2898

Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı ilə telefon danışığında sərt ittihamlar səsləndirib.

“Qafqazinfo” Gazeta.ru-ya istinadən xəbər verir ki, Feridun Sinirlioğlu ilə danışığında Lavrov Türkiyənin İŞİD-in tərəfində durduğunu bildirib:

“Suriyadakı antiterror əməliyyatları çərçivəsində döyüşən Rusiya təyyarəsini vurmaqla, Türkiyə hökuməti birbaşa İŞİD tərəfindən çıxış etdi”.

Bu barədə Rusiya hökumətinin rəsmi saytında məlumat yerləşdirilib.

Daha əvvəl isə Rusiya XİN nümayəndəsi Mariya Zaxarova mətbuata açıqlamasında Lavrovun Türkiyənin bütün güzəştlərinə “yox” cavabı verdiyini bildirmişdi:

“XİN rəhbəri türkiyəli həmkarı ilə söhbətində heç bir görüş təklifləri ilə razılaşmadı”.

Xatırladaq ki, dünən səhər Rusiyanın Suriyadakı “Su-24” döyüş təyyarəsi Türkiyənin 10 dəfə xəbərdarlığından sonra vurulub.

Rusiya prezidenti Vladimir Putin isə Türkiyənin bu addımını “arxadan vurulan zərbə” adlandırıb. Bu hadisə 2 ölkə arasında gərginliyə səbəb olub.