Lavrovdan Qarabağ açıqlaması - “Alternativ yoxdur”

lavrovdan-qarabag-aciqlamasi
Oxunma sayı: 4202

ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağla bağlı formatına alternativ yoxdur”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında deyib:

“Əgər biz həqiqətən də ümumməqbul həll axtarışlarının labüdlüyü haqda prinsipial razılaşmaya sadiqiqsə, o zaman mənim dərin inamıma görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin təqdim etdikləri indiki formatın alternativi mövcud deyil”.

Lavrov, həmçinin, qeyd edib ki, bunu dəfələrlə Azərbaycan və Ermənistan rəhbərliyi də ifadə edib.