“İstənilən vaxt, istənilən hadisə baş verə bilər” - Ohanyan

istenilen-vaxt-istenilen-hadise-bas-vere-biler
Oxunma sayı: 6354

“Hazırda vəziyyət gərgindir və istənilən vaxt, istənilən hadisə baş verə bilər”.

Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə işğalçı Ermənistanın Müdafiə naziri Seyran Ohanyan bildirib:

“Biz rəqibin gücünə uyğun olaraq nəticələr çıxarırıq. Azərbaycanın mümkün hərəkətləri ilə bağlı olaraq analizlər aparırıq”.

Ohanyan Rusiyadan silah alışı ilə bağlı məsələlərin də gündəmdə olduğunu vurğulayıb.

O, qeyd edib ki, Qondarma Dağlıq Qarabağın tanınması ilə bağlı qanun layihəsinin müzakirə olunduğu haqda məlumatı yoxdur: “Mən öz vətənimi həmişə tanıyıram”.