“İstənilən ermənini gördün, öldür” prinsipi ilə yaşasaq...” - Millət vəkili

istenilen-ermenini-gordun-oldur-prinsipi-ile-yasasaq-
Oxunma sayı: 2935

“3 nəfər jurnalistin və ya QHT təmsilçisinin Azərbaycana gəlməsi səngərdə dayanan əsgərə “vur məni” əmri verməsi demək deyil. Bu da müharibənin davamıdır, amma diplomatik və siyasi yolla davamıdır”.

Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Zahid Oruc “Hərbi vəziyyət haqqında” qanuna təklif edilən dəyişikliklər barədə danışarkən deyib. Onun sözlərinə görə, Köçəryan və digərləri deyirdilər ki, bu xalqlar dinc yanaşı yaşaya bilməzlər: “Biz də “istənilən ermənini gördün öldür” prinsipi ilə yaşayacağımız təqdirdə Köçəryanın mövqeyini doğrultmuş oluruq. Zori Balayan və digərləri dünyaya göstərirlər ki, onlar hətta ərazi bütövlüyünü tanıyan, Konstitusiyasına hörmət edən, Xocalı abidəsi qarşısında baş əyən, Şəhidlər Xiyabanına ermənilərin cinayət məkanı kimi baxan bu millət istənilən ermənini öldürür. Hətta sülh mövqeyində olanı belə.

Qarabağdakı ermənilər həm də Ermənistan hakimiyyətinin girovudur. Sülh platforması xətti bizə kömək edir. Ermənilər bu şəraitdə də Əlikram Hümbətovdan, Fəxrəddin Abbaszadədən istifadə edirlər. Burada kiminsə nifrəti var, çox haqlıdır. Bu millətin şəhidi var, onlar erməninin heç birinə inanmamaqda haqlıdır. Yaradılan sülh platforması ilə erməni birliyi mifi dağılıb. Ona görə də bizim gücümüz ona çatır ki, bir erməni tapaq və o Qarabağdakı və Ermənistandakı ermənilərə qarşı döyüşsün. Yeri gəlmişkən qeyd edim ki, belə bir erməni olub. O Azərbaycan tərəfindən ermənilərə qarşı vuruşub və ölüb”.

Günel Türksoy