İrəvanda silahlı qrupa dəstək aksiyası keçirilir

irevanda-silahli-qrupa-destek-aksiyasi-kecirilir
Oxunma sayı: 916

İrəvanın Azadlıq meydanında polis alayının binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyası keçirilir.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, meydana çoxlu sayda etirazçı toplaşıb. Aksiyaya “Böhran Təşəbbüs Şurası”nın üzvü Albert Baqdasaryan rəhbərlik edir.

“Bu gün hətta müəyyən səbəblərdən tərəddüd edən vətəndaşlar belə ümumxalq hərəkatına qatılıb”, - deyə o çıxışında bildirib.

Qeyd edək ki, iyulun 29-na keçən gecə İrəvanda polis binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyası zamanı baş vermiş toqquşmalar zamanı 161 nəfər saxlanılıb, xəsarət almış 73 nəfər xəstəxanalara müraciət edib. Polisin güc tətbiq etməsi nəticəsində 10-dək jurnalist zərər çəkib.