İrəvanda polislə qarşıdurma - İki nəfər yaralandı

irevanda-polisle-qarsidurma
Oxunma sayı: 810

İrəvanda polis bölməsini ələ keçirən şəxslərlə polislər arasında atışma olub.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, atışma nəticəsində iki nəfər yaralanıb. Hadisə barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada “Gecə baş verən atışma nəticəsində Polis alayını ələ keçirən silahlı qrupun iki üzvü yaralanıb. Həmin şəxslər Ovannes Arutyunyan və Aşot Petrosyandır”- yazılıb.


Aysel Kərimova