İrəvanda polis binasını zəbt edən 30 etirazçı həbs olundu

irevanda-polis-binasini-zebt-eden-30-etirazci-hebs-olundu
Oxunma sayı: 1339

İrəvanda iyulun 17-də silahlı qrup tərəfindən ələ keçirilmiş polis alayının binası qarşısında silahlıları dəstəkləyən 30-dək etirazçı saxlanılıb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, polislər Ermənistan prezidenti Serj Sarkisyanın istefası tələblərinin əks olunduğu plakatları qopararaq, cırıblar.

Qeyd edək ki, ötən gecə atışma nəticəsində silahlı qrupun 4 üzvünün yaralandığı və iki üzvünün polisə təslim olduğu bildirilib.