İrəvanda 1 həftəlik girovluğun sonu

irevanda-1-heftelik-girovlugun-sonu
Oxunma sayı: 3063

Ermənistan paytaxtı İrəvanda iyulun 17-dən girov saxlanılan polis işçiləri buraxılıblar.

Qafqazinfo” Life.ru-ya istinadən xəbər verir ki, əvvəlcə 2 polis əməkdaşı, daha sonra isə sonuncu girov general-mayor Vardan Yeqizaryan və polis rəisi Valeriy Osipyan da azad olunub.

Polis bölməsini girov götürənlər Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri ilə görüş əvəzində bu addımı atıblar. Hökumət şərti qəbul edib və onların jurnalistlərlə görüşünü təmin edib.

Polis alayını girov götürən şəxslər daha əvvəl “Novaya Armeniya” fondunun rəhbəri Jirayr Sefilyanın azadlığını tələb edirdilər.