İranla Rusiya arasında viza rejimi sadələşdi

iranla-rusiya-arasinda-viza-rejimi-sadelesdi
Oxunma sayı: 928

İranla Rusiya arasında müəyyən kateqoriyadan olan vətəndaşlar üçün viza rejiminin sadələşdirildiyi bildirilib.

“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat "Assosciated Press" saytında dərc edilib.

Yer alan məlumata görə, viza rejimi fevralın 6-dan sadələşdirilib.

Xəbərdə bildirilir ki, sadələşmiş viza rejimi əsasən iş adamlarına, elmi, mədəni yaradıcılıqla məşğul olan insanlara, müəllimlərə, tələbələrə və turistlərə şamil olunur.

Qeyd edək ki, sənəd 23 noyabr 2015-ci ildə Tehranda imzalanıb.