İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında - Foto

ilham-eliyev-v-qlobal-baki-forumunun-acilisinda
Oxunma sayı: 1133

Martın 16-da Azərbaycanın paytaxtında “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda V Qlobal Bakı Forumu işə başlayıb.

"Qafqazinfo" AzerTac-a istinadən xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.

Forumda, həmçinin Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Prezidenti Giorgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal iştirak edirlər.

Əvvəlcə birgə foto çəkdirilib.

Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açdı.

Dövlət başçısı tədbirdə nitq söyləyib.