İlham Əliyev Qaribaşvilini qəbul etdi - Yenilənib

ilham-eliyev-qaribasvilini-qebul-etdi
Oxunma sayı: 1479

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıbılar.

 ***

Azərbaycanın prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı, ölkələrimizin enerji, nəqliyyat, infrastruktur sahələrində həyata keçirdiyi birgə layihələrin əhəmiyyətinə toxunuldu.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Respublikasına səfərinin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmi qeyd edildi.