İlham Əliyev Pakistan prezidentinə başsağlığı verdi

ilham-eliyev-pakistan-prezidentine-bassagligi-verdi
Oxunma sayı: 822

Prezident İlham Əliyev pakistanlı həmkarı Məmnun Hüseynə başsağlığı məktubu göndərib.

Qafqazinfo” AzerTac-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Kvetta şəhərindəki polis kollecində törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri məni olduqca kədərləndirdi.

Biz bu terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib və zəruri hesab edirik.

Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!”