İlham Əliyev İsrail prezidentinə başsağlığı verdi

ilham-eliyev-israil-prezidentine-bassagligi-verdi
Oxunma sayı: 709

Prezident İlham Əliyev sabiq prezident Şimon Peresin 93 yaşında dünyasını dəyişməsi ilə bağlı İsrail dövlət başçısı Reuven Rivlinə başsağlığı verib. 

"Qafqazinfo" AzerTac-a istinadən xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"İsrail Dövlətinin keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Nobel mükafatı laureatı Şimon Peresin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.