İcra başçısından cəhbədəki vəziyyət haqda - Açıqlama

icra-bascisindan-cehbedeki-veziyyet-haqda-
Oxunma sayı: 3804

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 24-dən 25-nə keçən Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Qafqazinfo” xəbər verir ki, təmas xəttində yerləşən Tərtər rayonundakı vəziyyətlə bağlı icra başçısı Müstəqim Məmmədov modern.az-a açıqlama verib. O qeyd edib ki, hazırda rayonda tam sabitlikdir:

"Narahatlıq üçün heç bir əsas yoxdur. İnsanlar gündəlik işləri ilə məşğuldurlar".

M.Məmmədov bildirib ki, fevralın 24-dən 25-nə keçən gecə baş verən döyüşlərdə rayonun hərbi qulluqçuları arasında şəhid olanlar yoxdur.