Həlak olduğu deyilən əsgər danışdı - Video açıqlama

helak-oldugu-deyilen-esger-danisdi
Oxunma sayı: 10062

Müdafiə Nazirliyi Azərbaycan əsgəri Murad Hüseynovun həlak olması ilə bağlı yayılan məlumatları təkzib edib.

 "Qafqazinfo" xəbər verir ki, Müdafiə Nazirliyindən bildiriblər ki, əsgər Hüseynov Murad İlqar oğlu hazırda Silahlı Qüvvələrdə hərbi hissələrdən birində xidmətdədir. Onun yayılan fotosu isə 2016-cı ilin fevral ayında Silahlı Qüvvələrin ağırlıqqaldırma üzrə yarışlar zamanı qohumları tərəfindən çəkilərək sosial şəbəkəyə yerləşdirlib.

Qoşunların qarşıdurma xəttində baş verən hadisələr barədə son günlər sosial şəbəkələrdə paylaşılan əsassız xəbərlər, youtube-da yayımlanan saxta video və fotolarla bağlı bildiririk ki, bu Ermənistanın xüsusi xidmət orqanları üçün sifariş yerinə yetirən şəxslər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilir.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq cəhdinin göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir.