Gürcüstanın baş naziri İlham Əliyevə zəng edib

gurcustanin-bas-naziri-ilham-eliyeve-zeng-edib
Oxunma sayı: 1030

Fevralın 23-də Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Gürcüstanın Baş naziri xanım Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin olunması ilə bağlı təbriklərini çatdırıb və əminliyini ifadə edib ki, bu təyinat Gürcüstan-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsi işinə öz müsbət təsirini göstərəcək.

İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezident və Giorgi Kvirikaşvili siyasi, iqtisadi, energetika və digər sahələrdə əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Dövlət başçısı qeyd edib ki, bu gün “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı uğurla keçirilib.

İlham Əliyev və Gürcüstanın Baş naziri gələcək təmaslar və səfərlər barədə də danışıblar.