Gürcüstanda nəqliyyatın Ermənistan istiqamətində hərəkətinə qadağa qoyuldu

gurcustanda-neqliyyatin-ermenistan-istiqametinde-hereketine-qadaga-qoyuldu
Oxunma sayı: 1580

Gürcüstanda meteoroloji şəraitin pisləşməsi səbəbindən nəqliyyat vasitələrinin Ermənistan istiqamətində hərəkətinə qadağa qoyulub.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl analoji səbəbdən Rusiya istiqamətində Hərbi Gürcüstan yolu ilə nəqliyyatın hərəkətinə qadağa qoyulmuşdu.

Qarın intensiv yağması səbəbindən nəqliyyat vasitələrinin Nardevani - Paravani yolunun 94-110 km hissəsində bütün növ nəqliyyat vasitələrinin, Rodionovka-Ninotsminda yolunun 110-146 km hissəsində isə iritonnajlı yük maşınlarının və oturacaqların sayının 30-dan çox olan avtobusların hərəkətinə qadağa qoyulub.