Gürcüstan İranla vizanı ləğv etmək istəyir

gurcustan-iranla-vizani-legv-etmek-isteyir
Oxunma sayı: 702

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ötən gün İran prezidenti Həsən Ruhani ilə telefon danışığı aparıb.

“Qafqazinfo” report-a istinadən xəbərinə görə, Gürcüstan tərəfinin təşəbbüsü ilə baş tutan danışıq zamanı Kvirikaşvili bildirib ki, turizm sektorunun inkişafında maraqlı olan rəsmi Tiflis İranla vizasız gediş-gəliş istiqamətində konkret addım atacaq.

Qeyd edək ki, 2013-cü ilin yayında rəsmi Tiflis təktərəfli şəkildə İranla viza rejimini bərpa etdi. Bundan sonra iki ölkə arasında təyyarə reysləri dayandırıldı, Gürcüstan bazarında fəaliyyət göstərən 100-ə yaxın şirkət ölkəni tərk etdi.