“Gümrüdə insanlar çimməyə pul tapmırlar” - Erməni deputat

gumrude-insanlar-cimmeye-pul-tapmirlar
Oxunma sayı: 2266

Ermənistanda məmurlar bütün kapitalları mənimsəyiblər, Gümrüdə isə insanlar heç hamama getməyə pul tapmırlar”.

Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, bu sözləri “Orinaç erkir” fraksiyasının deputatı Ovanes Markaryan deyib. Onun sözlərinə görə, ölkədəki məmur özbaşınalığını araşdırmağa ehtiyac yoxdur, çünki hamı hər şeyi bilir. Sərt fikirlər səsləndirən deputat “Gümrüdə məmurların kapitalları ilə yan-yana ictimai hamam fəaliyyət göstərir. Çöldə XXI əsrdir, insanlar isə heç olmasa ayda bir dəfə yuyunmağa pul tapmırlar”,- deyib.

Aysel Kərimova