Gülnarənin meyiti tapıldı - Əri meşədə gizlədibmiş...

gulnarenin-meyiti-tapildi
Oxunma sayı: 10512

Rusiyada itkin düşdüyü deyilən, daha sonra əri tərəfindən öldürüldüyü ortaya çıxan Gülnarə Həbibovanın meyiti meşədən tapılıb.

Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, toyundan bir həftə sonra yoxa çıxan Gülnarənin əri şübhəli davranışları, axtarışla maraqlanmaması ilə diqqəti üzərinə çəkib. Dünən saxlanılan 34 yaşlı Samir Həbibov cinayəti törətdiyini etiraf edib və meyiti harada gizlətdiyini göstərib.

İfadəsindən belə məlum olub ki, Həbibov ehtiyatsızlıqdan arvadını öldürüb. Qətlin baş vermə səbəbini araşdırmaq üçün meyit ekspertizaya göndərilib.