Gülnarəni öldürən əri - 3 milyona azadlığa çıxdı

gulnareni-olduren-eri
Oxunma sayı: 16786

Rusiyada toyundan bir həftə sonra əri tərəfindən qətlə yetirilən 23 yaşlı Gülnarə Həbibovanın işində yeni məqamlar ortaya çıxıb.

Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, Gülnarənin 34 yaşlı əri Samir Həbibov ifadəsində cinayəti törətdiyini etiraf etməsinə və meyiti polisə təslim etməsinə baxmayaraq, həbs olunmayıb.

Belə ki, Həbibovanın yaxınları onun evində olduğunu bildiriblər. Həbs olunmaq üçün məhkəməyə çıxarılsa da, Samirin vəkili onun 3 milyon rubl girov müqabilində azad olunmasını təklif edib və məhkəmə güzəştə gedib.

Məhkəmə zalında daha bir fakt məlum olub. Bir neçə il əvvəl Samir adam oğurluğu və qarşılığında pul tələb etməyə görə 3 il həbs olunubmuş. Gülnarənin ailəsi Samirin həbsdə yatdığını bilsə də, hansı cinayəti törətdiyini ancaq qızlarının qətlindən sonra öyrəniblər.

Digər bir fakt isə Gülnarənin ölümündən sonra ona aid zinət əşyalarının yoxa çıxması olub.

Qeyd edək ki, Samir Həbibovu 15 il azadlıqdan məhrumetmə cəzası gözləyir.