Göygöldə partlamamış hərbi sursat tapıldı

goygolde-partlamamis-herbi-sursat-tapildi
Oxunma sayı: 633

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonunun Yeni Zod kəndində yerli sakinə məxsus həyətyanı sahədə partlamamış mərminin aşkar olunması barədə məlumat daxil olub.

ANAMA-dan “Qafqazinfo”ya verilən məlumata görə, Agentlikdə yaradılmış xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində 1859 ədəd müxtəlif növ sursat (7 ədəd – F1 əl qumbarası, 10 ədəd - UZRQM əl qumbarasının zapalı, 1 ədəd – VOQ-17 tüfəng qumbarası (ASQ), 1790 ədəd – 7-62 çaplı LPS snayper PK gülləsi, 50 ədəd – 5-45 çaplı avtomat gülləsi və 1 ədəd - “Dyankov” əl qumbarası) aşkar edilərək, götürülüb və zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Tapılan sursatların ətrafında 500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib