Girovlar ailələri ilə “Skype”la danışa biləcəklərmi?

girovlar-aileleri-ile-skypela-danisa-bileceklermi
Oxunma sayı: 958

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı açıqlama verib. O deyib ki, Erməni girovluğunda olan Dilqəm və Şahbaz ailələri ilə “Skype” vasitəsilə danışa biləcəklər.

“Qafqazinfo” xəbər verir ki, modern.az girovların ailələri ilə əlaqə saxlayıb. Ailələr bildiriblər, virtual ünsiyyətlə bağlı onlara heç bir məlumat verilməyib.

Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar.

“Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.