Gəncədə Hacı Taleh tərəfdarları saxlandı - Qumbara partlatmağa cəhd etdi...

gencede-haci-taleh-terefdarlari-saxlandi
Oxunma sayı: 7414

Noyabrın 26-da Gəncə şəhər sakini Sabir Əliyev Nardaran hadisələrinə dəstək verdiyi üçün saxlanılıb.

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, S.Əliyev şəhərin Təbriz və Ə.Məmmədov küçələrinin kəsişməsində “Müsəlman biriliyi” adlı hərəkata dəstək məqsədi ilə çağırışlar edib. Bu səbəbdən Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən tutulub. Ondan “TT” markalı tapança, 8 ədəd patron, 1 ədəd patron darağı və 3,215 qram heroin götürülüb.

Bundan başqa, Gəncə şəhər sakini Ruzi İsmayılov “Nardaran” hadisələri ilə əlaqədar “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək məqsədi ilə Şah Abbas məscidinin qarşısına gəlib. Bununla əlaqədar R.İsmayılov evinin qarşısında tutularkən üzərində olan qumbara ilə Gəncə ŞBPİ-nin əməkdaşı, polis mayoru Oqtay Orucovun baş nahiyəsindən xəsarət yetirərək qumbaranı partlatmağa cəhd göstərib. R.İsmayılov tutulub və ondan 1 ədəd “F-1”, 1 ədəd “RQD-5” qumbaraları və 14 qram heroin götürülüb.