Əsgər yoldaşını yaraladı, intihar etdi... - Ermənistanda

esger-yoldasini-yaraladi-intihar-etdi-
Oxunma sayı: 1123

Bu gün Ermənistanda müəmmalı şəkildə həlak olan əsgərin ölümü ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.

Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Albert Postolokyanın intihar etdiyi məlum olub. Məlumata görə, gecə saatlarında Postolokyan ona verilən xidməti silahı-qumbaranı istehkama atıb.

İstehkamda olan əsgər Qarnik Terteryan əlindən qəlpə yarası alıb. Bundan sonra Albert Postolokyan avtomatdan çənə nahiyəsinə atəş açıb və yerindəcə dünyasını dəyişib. Faktla bağlı hərbi prokurorluqda “iki və ya daha çox şəxsi öldürməyə cəhd” və “özünü öldürmə həddinə çatdırılma” maddələri ilə cinayət işi açılıb.

Aysel Kərimova