Ermənistanda zəbt olunmuş polis binasının qarşısında - Mitinq

ermenistanda-zebt-olunmus-polis-binasinin-qarsisinda
Oxunma sayı: 1123

İrəvanda bir qrup silahlı şəxs iyulun 17-də Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını zəbt edib.

Qafqazinfo” erməni mətbuatına istinadən xəbər verir ki, polis binasının qarşısında bu gün müxalifətin mitinqi də keçirilib.

Onlar hökuməti silahlı qrupu yemək, su, rabitə əlaqəsi kimi vasitələrlə təmin etməyə çağırıb.

Qeyd edək ki, Ermənistan polisi silahlı şəxslərin ad və şəkillərdən ibarət siyahısını dərc edib. Onların 31 nəfər olduğu bildirilir. Hadisə nəticəsində bir polkovnik öldürülüb, 4 polis yaralanıb.