Ermənistanda toqquşmalar nəticəsində 30 nəfər yaralanıb

ermenistanda-toqqusmalar-neticesinde-30-nefer-yaralanib
Oxunma sayı: 1095

İrəvanda baş verən toqquşmalar nəticəsində 30 nəfər xəsarət alıb.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Səhiyyə nazirliyinin mətbuat katibi Anait Aytayan bildirib.

“İlkin məlumata görə, son hadisələr zamanı təxminən 30 nəfər xəsarət alıb. Yaralıların dəqiq sayı müəyyənləşdirilir”, deyə A.Aytayan bildirib.

Qeyd edək ki, müxtəlif məlumatlara əsasən bu axşam İrəvanda baş verən toqquşmalar nəticəsində 50 nəfər polis tərəfindən saxlanılıb.