Ermənistanda su qiyməti artırılır

ermenistanda-su-qiymeti-artirilir
Oxunma sayı: 975

Ermənistanda suyun qiymətində vahid sistem yaradılır.

Qafqazinfo” Armeniasputnik-ə istinadən xəbər verir ki, bu qərarla İrəvanda suyun qiyməti artacaq. Bölgələrdə isə qiymət həm artıb, həm azala bilər. Belə ki, bütün ölkədə su üçün orta tarif həddi müəyyən ediləcək.

“İrəvan-cur” şirkətinin mətbuat katibi Murad Sarkisyanın sözlərinə görə, yeni qiymətlər yanvarın 1-dən qüvvədə olacaq.

Yeni tariflərin məbləğinə gəlincə, Sarkisyan hələ ki, hesablamalar aparıldığını əlavə edib.

Hazırda Ermənistanda 1 kubmetr su üçün ən aşağı tarif 170 dram (0.59 qəpik), ən yüksək isə 204 dramdır. Qeyd edilir ki, orta tarifin 180 dram olacağı gözlənilir.