Ermənistanda qızıl mədənində atışma - Mühafizəçi vurulub

ermenistanda-qizil-medeninde-atisma
Oxunma sayı: 1135

Ermənistanda qızıl mədənində atışma olub.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gecə Sotke ərazisində qızıl yatağında baş verib.

Məlumata görə, gecə saatlarında naməlum şəxslər “GeoProMining”ə məxsus mədənə soxulmağa çalışıblar.

Silahlılara müqavimət göstərən mühafizəçi ayağından güllələnib. Polis şübhəlilərdən birini saxlayıb, digər şəxslərin axtarışı və insidentin araşdırılması davam edir.

Aysel Kərimova