Ermənistanda nazirliyin əməkdaşları saxlanılıb - Rüşvətə görə

ermenistanda-nazirliyin-emekdaslari-saxlanilib
Oxunma sayı: 888

Ermənistanda Əmək və Sosial məsələlər üzrə Nazirliyin iki əməkdaşı saxlanılıb.

Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, saxlanılanlar nazirliyin tibbi və sosial ekspertizası üzrə agentliyinin rəisi A.S və qurumun digər əməkdaşı A.P-dir. Hər iki şəxs rüşvət almaqda şübhəli bilinir. Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları rəisin iş otağında axtarış aparan zaman 2 milyon 547 min dram və 600 dollar tapıblar.

Hər iki şəxs barəsində cinayət işi qaldırılıb.

Aysel Kərimova