Ermənistanda maaşları ödəyə bilməyən zavod - Əvəzində pendir verib

ermenistanda-maaslari-odeye-bilmeyen-zavod
Oxunma sayı: 2302

Ermənistanda işçilərin məvacibini ödəyə bilməyən zavod qeyri-adi üsula əl atıb.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, ölkənin iri süd məhsulları zavodundan olan “Aştarak kat” zavoda süd satan, lakin bir neçə aydır ki, əmək haqlarını ala bilməyən Çambarak sakinlərinə bunun müqabilində 2 min dram (4,1 dollar) dəyərində rokfor pendiri verib.

Baş verən maraqlı hadisəyə münasibət bildirən şəhər merinin sözlərinə görə, hazırda zavodda təxminən 60 ton pendir var və əgər məhsul zavoddan çıxarılsa xarab olacaq. O, “Biz hələlik satış üçün bazar axtarırıq. Məhsulun Rusiyaya ixracı üçün əlaqələr tapmağa çalışırıq”,- deyib.

Aysel Kərimova