Ermənistanda əsgər hərbi hissədən qaçdı

ermenistanda-esger-herbi-hisseden-qacdi
Oxunma sayı: 1117

Ermənistanın hərbi polisi hərbi hissəni özbaşına tərk edən 19 yaşlı Aziz Bakoyanı axtarır.

“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, Ermənistanın müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan “Novosti Armenii” müxbirinin sualına cavab verərkən, əsgərin fevral ayının 6-da Dilijan hissələrindən birini tərk etdiyini bildirib.

Məlumata görə, əsgərin qohumları Aziz Bakoyanın itməsinə dair məlumatla redaksiyaya müraciət ediblər. Qohumlar əsgərin başına bədbəxt hadisə gəldiyini və ya qətlə yetirildiyini istisna etmirlər.