Ermənistanda əsgər döyüş postunda güllələndi

ermenistanda-esger-doyus-postunda-gullelendi
Oxunma sayı: 1208

Ermənistanda hərbi hissələrdən birində hərbi qulluqçu öldürülüb.

QafqazinfoModern.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında növbədə dayanan əsgər Vaaqn Virabyan güllələnib.

Faktla bağlı hadisə yerində İstintaq Komissiyası araşdırmalara başlayıb.

Hadisənin Virabyanın əsgər yoldaşı tərəfindən şəxsi münasibətlər zəmnində törədildiyi ehtimal olunur.