Ermənistanda Azərbaycan bayrağı

ermenistanda-azerbaycan-bayragi
Oxunma sayı: 2434

Litvanın 15min.lt saytının müxbiri Skirmantas Malinauskas Ermənistanda olub və ölkə haqqında yazdığı oçerkdə o cümlədən Dağlıq Qarabağ münaqişəsinə toxunub.

Qafqazinfo” virtualaz.org-a istinadən Malinauskasın qeydlərini təqdime dir:.

“Münaqişə indiyədək tüstülənir.

“Bu ilin yazında açıq müharibə qızışdı və bütün dünyanın diqqəti buraya cəmlənmişdi. Ermənistanda siz heç bir yerdə aşkar şəkildə asılmış Azərbaycan bayrağı tapmazsınız. “Ararat” konyak zavodu istisnadır.

Doğrudan da, “Ararat” zavodunda konyak çəlləyinin yanında beş ölkənin bayrağı durur. Bunlar Azərbaycan, Fransa, Rusiya, ABŞErmənistan bayraqlarıdır. Bu sırada tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın da bayrağı var. Çəllək və bayraqlar buraya 1994-cü ilin may ayında, Bişkəkdə Dağlıq Qarabağda atəşkəs haqqında saziş imzalanan zaman qoyulub.

Deyilənə görə, çəllək münaqişə sülh yolu ilə bitən zaman açılacaq. Lakin çətin ki, bu, yaxın zamanlarda baş versin”.