Ermənistan Rusiyadan silah almaqda davam edəcək

ermenistan-rusiyadan-silah-almaqda-davam-edecek
Oxunma sayı: 761

Ermənistan Rusiyadan silah almaq barədə danışıqları davam etdirəcək”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Ermənistanın Müdafiə naziri Viqen Sarkisyan “RİA Novosti” xəbər agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, son illər Rusiyanın hərbi-texniki potensialının inkişafı əməkdaşlıq istəyini gücləndirir.

Bu barədə daha ətraflı danışan nazir “Bu silahları Rusiyanın daxili qiymətləri ilə və güzəştli kreditlərlə əldə etdiyimizi nəzərə alsaq, əməkdaşlıq üçün potensial artır. Rusiya hərbi bazarından silah almaq barədə hərtərəfli danışıqlarımızı davam etdirəcəyik”, - deyə bildirib.

Aysel Kərimova