Ermənistan qazsız qala bilər

ermenistan-qazsiz-qala-biler
Oxunma sayı: 1134

Gürcüstan və “Qazprom” Ermənistana tranzitin qiymətləri üzrə razılığa gələ bilməyiblər. Bununla belə, dekabrın 31-də qüvvədə olan sazişin müddəti bitir.

QafqazinfoVirtualaz.org-a istinadən xəbər verir ki, Gürcüstanın energetika naziri Kaxa Kaladzenin sözlərinə görə, danışıqlar davam etdiriləcək.

Rusiya danışıqlarda tranzitin pulla ödənilməsində israr edir, Gürcüstan tərəfi isə ötürülən qazın 10%-ni əldə etmək niyyətindədir.

Danışıqların Vyanada baş tutacaq növbəti raundunun vaxtı hələlik müəyyənləşdirilməyib.