Ermənistan Müdafiə Nazirliyinə - Maşınlı hücum

ermenistan-mudafie-nazirliyine
Oxunma sayı: 2459

Yerevanda sərxoş kişi maşınını Ermənistan Müdafiə Nazirliyinin inzibati binasının darvazasına çırpıb.

Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, hadisə bu gün gecə saatlarında baş verib. Nazirliyin ərazisinə daxil olan maşına növbətçi gizir tabeliyindəki silahla dəfələrlə atəş açıb. Sərxoş sürücü yaralanmayıb.

Faktla bağlı cinayət işi açılıb, sürücü saxlanılıb.