Ermənistan hökuməti “DQR”in tanınması ilə bağlı layihəni - Təsdiqlədi

ermenistan-hokumeti-dqrin-taninmasi-ile-bagli-layiheni
Oxunma sayı: 3240

Ermənistan hökuməti bu gün keçirilən iclasında “Dağlıq Qarabağın müstəqilliyinin tanınması” adlandırılan qanun layihəsini nəzərdən keçirib.

“Qafqazinfo” Ermənistan KİV-ə istinadən xəbər verir ki, hökumət qondarma Respublikanın tanınması ilə bağlı qanun layihəsinə müsbət qiymət verib.

Ermənistan XİN rəhbərinin müavini Şavarş Koçaryan çıxışında bildirib ki, bu sonluq Ermənistan və Qarabağ (red.qondarma) arasında xarici və daxili faktorları nəzərə alaraq aparılan müzakirənin nəticəsidir.

Xatırladaq ki, Azərbaycan XİN-nin mətbuat xidməti məlum qanun layihəsi ilə bağlı yaydığı bəyanatda qeyd etmişdi ki, bu cür addımlarla Ermənistan rəhbərliyi həm də özünün təcavüzkar və işğalçı siyasətinin aşkar uğursuzluğuna haqq qazandırmağa və öz daxili siyasi ambisiyaları naminə erməni cəmiyyətinin hərbi və ekstremist mövqe tutan ayrı-ayrı dairələrinin tələblərini təmin etməyə çalışır.