Ermənistan biri zabit olmaqla 3 hərbçisini itirib - Cəbhədə gərginlik

ermenistan-biri-zabit-olmaqla-3-herbcisini-itirib
Oxunma sayı: 6422

Cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Ermənistan ordusunun 3 hərbçisi həlak olub.

Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə nazirinin mətbuat katibi Arsrun Ovannisyan məlumat verib. O, bildirib ki, hərbçilər Azərbaycan ordusunun həyata keçirdiyi hərbi əməliyyat zamanı ölüblər. Onların 2-si əsgər, digəri isə zabit olub.

Ovannisyanın sözlərinə görə, atışma zamanı bir azərbaycanlı diversant da öldürülüb, onun cəsədi Ermənistan tərəfində qalıb. 

Hələ ki, Azərbaycan tərəfi baş vermiş insidentlə bağlı məlumat verməyib. 

Aysel Kərimova