Ermənistan baş nazirindən yoxsulluqla mübarizə təklifi

ermenistan-bas-nazirinden-yoxsulluqla-mubarize-teklifi-
Oxunma sayı: 1002

Ermənistanın yeni baş naziri Karen Karapetyan parlamentin növbədənkənar iclasında yoxsulluqla necə mübarizə aparacağından danışıb.

Qafqazinfo” erməni KİV-ə istinadən xəbər verir ki, baş nazir yoxsulluqla mübarizənin yeganə yolu kimi iş yerlərinin yaradılmasını göstərib: “Əlverişli şərait yaradılmalıdır ki, sahibkarlar bunu etmək üçün imkan tapsınlar”.

Onun sözlərinə görə, hazırda Ermənistanda biznes mühiti məyusedicidir. Belə ki, baş nazir iş adamları ilə görüş zamanı onlarda “qığılcım” görmədiyini deyib: “Biz zamanla bu prosesi dəstəkləmək və sürətləndirmək üçün investisiya fondu yaradacağıq”.

Ermənistan Əmək və Sosial Məsələlər üzrə Nazirliyinin açıqladığı rəqəmlərə görə, ölkədə yoxsulluğun səviyyəsi 2015-ci ildə 2 faiz azalaraq 30 faiz təşkil edib.