Ermənistan Azərbaycana dəvət göndərib - Dövlət səviyyəsində

ermenistan-azerbaycana-devet-gonderib
Oxunma sayı: 7074

Ermənistan parlament seçkilərini izləməyə müşahidə missiyası göndərməsi üçün Azərbaycana müraciət edib.

QafqazinfoErmənistan KİV-nə istinadən xəbər verir ki, Baş nazir Karen Karapetyanın bununla bağlı məktubu bütün MDB-yə üzv ölkələrə göndərilib. Bu barədə MDB-nin icraiyyə komitəsinin birinci sədr müavini Viktor Quminskiy İrəvanda jurnalistlərə açıqlamasında deyib.

“İrəvana Azərbaycandan olan müşahidəçilər də gələcəkmi?” sualına isə belə cavab verib:

“Biz bütün ölkələrə dəvət göndərmişik. Ancaq Rusiya, Türkmənistan, Qazaxıstan, Ukrayna və Belarusdan olan 76 müşahidəçi müsbət cavab verib”.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri aprelin 2-də keçiriləcək.