Ermənilərin yaydığı video saxtadır... - MN-dən rəsmi açıqlama

ermenilerin-yaydigi-video-saxtadir
Oxunma sayı: 10647

“Ermənilərin yaydığı videogörüntü xüsusi effektlərlə hazırlanıb”.

"Qafqazinfo" xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, video çox diletantcasına hazırlanıb: “Dərin analiz etmədən belə qurama olduğu görünür. Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi ancaq qarşı tərəfin təxribatlarına cavab olaraq düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir. Ermənilərin yaydığı şəkillər və videolar saxtadır, dezinformasiya xarakteri daşıyır”.